YAP Şuşa rayon təşkilatının üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Rüstəm Atakişiyev Zahid oğlunun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 16 nömrəli ərazi partiya təşkilatlarının üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Rüstəm Atakişiyev Zahid oğlunun ailəsini ziyarət ediblər.
İcxeberinfo.az xəbər verir ki, görüşdə şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.
Həmçinin qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.




