Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir.
İcxeberinfo.az xəbər verir ki, May ayının 3-də YAP Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatının təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev – müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda fotosərgi təşkil edilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Şuşa Dövlət Rəsm Qalereyasının rəhbəri Anar Cəbizadə qonaqlara Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, respublikamızın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə məlumat verib. İştirakçılar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən və simvolik olaraq 30 fotodan ibarət fotosərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən fotolar qonaqlar tərəfindən maraqla qarşılanıb.




