Analitika

Mədəniyyətlərarası dialoqun təşviqi və inkişafında Azərbaycanın əhəmiyyətli rolu

Ölkəmiz ənənəvi keçirilən sayca VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin gücünü, qüdrətini, müharibədən sonra çevik toparlanma qabiliyyətini göstərir. Prezident İlham Əliyev  “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı, bugünümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.Bəli, bu tədbirin Bakıda keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin təbliği və tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir.

Forumda 100-dən çox ölkəni 700 qonağın təmsil etməsi bir daha tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal probemlərin həllində fəal iştirakı  bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib.Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır.

Mədəniyyətlərarası Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümzdə canlandıra bilərik.Xüsuəsn son illərdə mədəniyyətlərarası dialoqun təşviqi və inkişafında Azərbaycan əhəmiyyətli rol oynayır. Bu çərçivədə müxtəlif konfranslar təşkil olunmuş, onlarla məqalə və elmi iş yazılaraq mədəniyyətlərarası dialoqa töhfələr verilmişdir. Hətta Azərbaycan həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir ki, bu da onu Qərb və Şərq dövlətləri arasındakı mədəni münasibətlərin inkişafında körpü rolu oynamasına gətirib çıxarır.

Elçin Dadaşov,
YAP Şuşa rayon təşkilatının 4 nömrəli Ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button