Analitika

Azərbaycanın dünya birliyindəki reytinqi sürətlə yüksəlir

Hazırda Azərbaycanın dünya birliyndəki reytinqi sürətlə yüksəlir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə olunmaqdadır.Beləki,Cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Beynəlxalq əhəmiyyət kəsb edən bu tədbirlər əhatə etdikləri sahələrə uyğun olaraq iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayırlar.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. 2022-ci il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Dövlət başçımızın Almaniyada keçirilən  mətbuat konfransındakı çıxışında da iki ölkə arasında münasibətləri xüsusi olaraq  diqqətə çatdırıb.Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyni bildirdi. Prezident qeyd etdi ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.

Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.Son illərin araşdırmaları göstərir ki,Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər.

Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, bu səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq,.Əminliklə söyləmək olar ki, bu səfər əlaqələrin gələcək inkişafı üçün böyük perspektivlər açacaq.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini   

Oxşar Xəbərlər

Back to top button