Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfərə getmişdir. Dövlətimizin başçısının Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransındakı çıxışında bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.Bəli,indiyə kimi iki ölkə arasında imzalanan müqavilələr də onu göstərir ki, mədəni əlaqələr yüksək səviyyədə inkişaf edir.Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Hesab edirəm ki, Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Xüsusən Azərbaycan və Almaniya arasında iqtisadi-ticari əlaqələr son illərdə bir neçə dəfə artıb. Almaniyalı iş adamlarının Azərbaycanda biznes qurmaları üçün ölkəmizdə böyük potensial var. HəmçininAzərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər.Xatırladım ki, Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olmuşdu. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.
Beləliklə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə daşıyacaq.
Rafiq Kalbalıyev,
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri



