Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir

Aprel ayının 25-də YAP Şuşa rayon təşkilatının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turnirinə start verilmişdir.
İcxeberinfo.az xəbər verir ki, Şuşa rayon 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Partiya əməkdaşı Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Elmir Rzayev yarış iştirakçılarına uğurlar arzulamış, qaliblərin yekunda YAP Şuşa rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacağını diqqətə çatdırmışdır.




