Analitika

Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Ağıllı kənd layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Kənddə yaradılan “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar var. Yeraltı kommunikasiya işləri başa çatdırılıb, o cümlədən içməli su, çirkab və sel suları xətləri istifadəyə verilib. Kəndin girişində park salınıb və buradakı fəvvarə ilə bərabər, sülhü ifadə edən göyərçin abidəsi ucaldılıb. Abidə müharibə ağrılarının, gələcək həyatın, dirçəlişin, sülh və əmin-amanlığın simvoludur. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Yenidən qurulan kənddə küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib.. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilandan keçən logistik layihələr böyük əhəmiyət daşıyır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var.

Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Bütün bu işlərin Azərbaycanın öz maliyyə resursları hesabına aparıldığını diqqətə çatdıran Prezident cənab İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasının əsas məqsəd olduğunu bildirdib.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button