Azərbaycanın gözəl diyarı Xankəndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” hesab etdiyi Xankəndi şəhərində və 1992-ci ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan Bayrağını ucaldıb. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür deyir. Bu günü biz 30 ildən çox gözləmişik. Ancaq hər birimiz əminəm və inanırdıq ki, bu gün gələcək.
Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerini yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan öncə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atnağa məcbur etdik, eyni zamanda , keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə fəxr edir.
Prezident İlham Əliyev qeyd etmişdi ki,Xankəndində olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
Prezident İlham Əliyevin Xankəndində Azərbaycan Bayrağını qaldırması bu ölkənin bütün ərazisində nəzarəti bərpa etməsini simvolizə edir. Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın Üçrəngli Dövlət Bayrağını ucaldıb. 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Qarabağın böyük hissəsinə nəzarəti bərpa edib. Ötən ay isə Azərbaycan Ordusu bölgənin qalan hissəsindən erməni silahlı qüvvələrini darmadağın edərək onları təslim olmağa məcbur edib. Prezident İlham Əliyev Qarabağda Azərbaycan hakimiyyətini görmək üçün 20 il gözlədiyini bildirib. Həmçinin qeyd edib ki,bu Qələbə bizim tariximizdə əbədi olacaq.
Xankəndində qaldırılan Bayraq əbədi dalğalanacaq və Xankəndindən olan vətəndaşlar burada əbədi yaşayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Ofelya Nəsirova,
YAP-ın fəalı