Analitika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasında

1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri beynəlxalq arenada yüksək səviyyəli əməkdaşlıqlar qurmaq, nüfuzlu müttəqfiqlərlə daimi əlaqələr yaratmaq idi. Buna əsasən bir çox beynəlxalq və məhəlli təşkilatlara üzv olmuşdur. Bu təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci 8 dekabr tarixində Rusiya, Ukrayna və Belarusiya tərəfinfən  yaradılmışdır. Birliyin yaradılmasında əsas məqsəd Sovet ittifaqı dağıldıqdan sonra üzv olan dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin davam etdirilməsidir. Azərbaycan Birliyə 1993-cü ildə üzv olmuşdur. Həmçinin, Ermənistan,  Özbəkistan, Qırğızıstan, Qazaxıstan kimi dövlətlər də Birliyə daxil olmuşdur.

Azərbaycan MDB-yə üzv olan dövlətlərlə (Ermənistan istisna olmaqla) münasibətlərə xüsusi diqqət yetirir. Bu dövlərlərdən biri də Qırğızıstan dövlətidir. Azərbaycan və Qırğız dövləti arasında münasibətlər qədim köklərə malikdir, iki dövlət arasında tarix boyu dostluq və qardaşlıq münasibətləri olmuşdur.

Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura və üzv olduğu digər orqanların iclaslarında yaxından iştirak edir. Bu iclaslardan biri də, –  MDB Dövlət Başçılarının Şurası 2023-cü il 13 oktyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Prezident İlham Əliyevi və digər ölkələrin başçılarını Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb. İlham Əliyev iclasda çıxış etmiş və Azərbaycan-MDB əlaqələrindən bəhs etmişdir.

Qarşılıqlı münasibətlər zəminində Azərbaycan Birliklə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verir və təşkilatın fəal üzvüdür.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button