Nizami rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirib.
İcxeberinfo.az xəbər verir ki, dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, 12 saylı orta məktəbin direktoru Kamran İsalı, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Nizami Bələdiyyəsinin əməkdaşı Yeganə Abbasova, Bakı Texniki Kollecin Tələbə Gənclər Təşkilatının sədri Səkinə Məhərrəmova və başqaları çıxış ediblər.
Çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam etdirilib.