Bütün oyunlara son qoyulmalı və sülh sazişi imzalanmalıdır
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq zəfərdən sonra Ermənistan kapitulyasiya etmək məcburiyyətində qalmışdı. Eyni zamanda, Ermənistan imzaladığı bənayatla üzərinə bir sıra öhdəliklər götürmüşdü. Hətta, son 3 il ərzində keçirilən müxtəlif görüşlərin nəticəsində imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Lakin Ermənistan hər zamanki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirmiş, öhdəliklərini yerinə yetirməmiş, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini etmişdi. Eləcə də təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilməmişdi. Sentyabrın 2-də isə Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Sentyabrın 9-da da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”.
Bunu “İcxeberinfo.az”a açıqlmasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib: “Sirr deyil ki, erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atırlar. Bu məsələdə əsas rolu isə Fransa oynayır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Amma fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib”.
“Prezident İlham Əliyevin bildirdiyi kimi bütün oyunlara son qoyulmalı və sülh sazişi imzalanmalıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Ermənistan da bütün oyunlardan əl çəkməli və iradə nümayiş etdirməlidir.