Analitika

Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır

İlk növbədə qeyd edilməlidir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Eyni zamanda Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb etdiyini söyləyən dövlət başçısı – “Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”, – deyə əlavə edib.

Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritet istiqamətləri öz əksini tapmışdır.

Onu da qeyd edək ki, İƏT-ə üzv olan ölkələr Azərbaycanın haqq-ədalət mübarizəsinə adekvat münasibət bildirmiş, ölkəmizin mövqeyini dəstəkləyiblər. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə və daha sonra bu ilin sentyabrında 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri əticəsində əldə edilən uğurlan nəticəsində Azərbaycan xalqı ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Qazanılan qələbə nəticəsində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin təntənəsi oldu. Azərbaycan hər zaman sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüquq və ədalətin təntənəsi baxımından tarixi hadisədir.

Tarixi torpaqlarımızın işğaldan azad edilməsi yalnız məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdışı demək deyil. Həm də bu ərazilərimizdə dövlətimizin iqtisadi gücünün artırılmasına yönəli proseslərin başlaması deməkdir. Hər bir ölkənin birinci növbədə iqtisadiyatı güclü olmalıdır ki, ordudan tutumuş bütün strateji sahələrədək hamısını gücləndirsin, dünya güclərinin qarşısına çıxa biləcək nüfuza çatdırsın. Bu baxımdan Azərbaycan bütün əməkdaşlıqlara açıq ölkədir. Şuşanın 2026-cı il üçün İqtisadi Əməmkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə əlamətdar günlərimizin üzərinə daha bir əlamətdar gün gəlmiş oldu.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button