Analitika

Azərbaycan əməkdaşlığa açıq ölkədir

10 oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Buna görə Şuşa şəhəri 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisə oldu.

Azərbaycan üçün İƏT daim etibarlı tərəfdaş olub. Buna görə də ölkəmiz bu əməkdaşlığa hər zaman istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət verib və yüksək qiymətləndirib.

Azərbaycan əməkdaşlığa açıq ölkədir.Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir. Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizi regionda və mərkəzlərindən birinə çevirir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə məsulliyyətlə yanaşır, vaxtında verdiyi düzgün qərarlarla etibarlı tərəfdaş olduğunu sübut edir.

Ölkəmiz möhkəmləndikcə böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button