Analitika

Azərbaycan Respublikası 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində bir daha sülh və sabitlik tərəfdaşı olduğunu göstərdi

2023-cü il 29 sentyabrda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.Tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Birinci Şəhərsalma forumu Ağdam şəhərində keçirilmişdir. Otuz ilə yaxın müddət işğal altında qalan şəhərlərimiz darmadağın edilmiş və orda yaşayan xalq öz torpaqlarından məhrum edilmişdir.2020-ci ildə 44 gün davam edən müharibənin nəticəsi olaraq Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi və hazırda həmin ərazilərdə abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir.İşğaldan azad olunan ərazilərdə müasir texnologiyalar tətbiq edilir,bununla da keçmiş məcburi köçkünlərə ən yaxşı şərait yaradılır.Hətta onların bir hissəsi artıq öz doğma yurdlarına geri dönmüşdür.Azad olunan bir sıra şəhərlərdə beynəlxalq hava limanları inşa edilmişdir,bunlara Laçın, Zəngilan və Füzuli şəhərlərini misal göstərmək mümkündür.Eyni zamanda yeni iş yerlərinin yaradılması,məşğulluq, aşağı faizli kreditlərin verilməsi,sosial infrastrukturun inşası Böyük Qayıdış Proqramının əsas tərkib hissəsidir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə böyük məbləğdə vəsait sərf olunub və bütün bunları Azərbaycan öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir,heç bir maliyyə dəstəyi və maliyyə yardımı almır.Sadəcə qardaş ölkələr olan Özbəkistan və Qazaxıstan bizə biri məktəb,biri isə incəsənət mərkəzi hədiyyə edib.

Forumun açılış mərasimindən sonra tədbir müxtəlif sessiyalarla davam edib. Sessiyalarda birgə hərəkət,əlaqələndirmə,nəqliyyat imkanlarının gücləndirilməsi, şəhərsalma sahəsində beynəlxalq  əməkdaşlığın rolu və digər əhəmiyyətli məsələlər müzakirə olunub.

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button