Analitika

Beynəlxalq Zəngəzur forumu iştirakçı ölkələrin dostluğunun təzahürüdür

“Sevincidiri haldır ki, Azərbaycanın işğalan azad olunmuş şəhərləri beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlərin müzakirə platformasına çevrilir. Zəngəzur bölgəsində, Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin keçirilməsi bu mənada istisna təşkil etmir. Heç şübhəsiz ki, Forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi isə ölkələrin dostluğunun təzahürüdür”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hazırda Azərbaycanın bütün Qarabağ bölgəsi kimi Şərqi Zəngəzur da sıfırdan yenidən inşa edilir: “Bu gün Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də Azərbaycan hökumətinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. 30 il ərzində total dağıntılara məruz qalmış Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra həmin yerlərdə reallaşdırılan işlər ölkəmizin maliyyə resursları hesabına aparılır və əsas hədəf yeni salınan şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraitinin vəhdət təşkil etməsidir. Vətən müharibəsindəki parlaq zəfərdən sonra Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq”.

“Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Böyük Qayıdış Proqramı və onun icrası keçmiş məcburi köçkünlərin Laçın, Füzuli şəhərlərinə, həmçinin Ağalı, Talış və Zabux kəndlərinə qayıtmalarına imkan yaradıb. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar.

Oxşar Xəbərlər

Back to top button