Qələbəmiz əbədidir!
Tarixə nəzər salsaq, Ermənistan əsrlər boyu Azərbaycan torpaqlarına açıq şəkildə ərazi iddiası irəli sürmüş və etnik zəmində təxribatlar həyata keçirmişdir. Ermənistanın ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixində törətdiyi hərbi təcavüz xarakterli növbəti təxribatı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başlaması ilə nəticələndi. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda gedən mübarizədə Azərbaycan xalqı, əsgər və zabitləri bir yumruq kimi əzm və iradə nümayiş göstərərək düşmənə sarsıdıci zərbələr vurmuşdur. Müzəffər Ordumuzun döyüş qabiliyyətini görən düşmən yeni təxribatlara əl ataraq günahsız mülki insanları hədəf seçərək müharibə cinayətləri törətmişdir. Ermənistanın törətdiyi bu vəhşilik birmənalı şəkildə qəbul edilməzdir. Törətdiyi bu hərbi cinayətə görə cavab verməlidir. İşğal altında olan torpaqlarımız sözsüz ki, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına düşmən tapdağından azad olunmuşdur. Azərbaycan mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.
Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu. Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynayır. Bütün şəhidlərimizin xatirəsini uca tutmaq hər birimizin borcudur. Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün canını fəda verən əsgər və zabitlərimizi hər zaman hörmətlə yad edirik. Eyni zamanda da bizim qələbəmiz dünyaya səs saldı. Dünya, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və gec-tez öz amalına çatdığını gördü. Cənab İlham Əliyevin 17 ildə qurduğu ordu öz töhvəsini verdi. Azərbaycan xalqı bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək yürütdüyü siyasətə dəstək göstərəcək.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.