Prezident İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciəti tarixi anlarla yadda qaldı
Prezident İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciəti tarixi anlarla yadda qalmışdır. Cənab Prezidentin çıxışı bir daha xalqımızı əmin etdi ki, liderimiz dövlət maraqlarımızı, milli maraqlarımızı hər zaman qoruyur, başqa dövlətin daxili işlərimizə qarışmasına heç vaxt imkan verməyəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və cəmi bir gün ərzində qarşıda duran bütün vəzifələr yerinə yetirildi. Bununla da regionda sülh, təhlükəsizlik, firavanlıq və daimi sabitliyin bərqərar olması üçün çox ciddi addım atılmış oldu.
Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Cənab Prezident 20 sentyabr tarixində xalaqa müraciəti zamanı xüsusilə qeyd etdi ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Birgünlük tədbir ermənilərin havadarlarını da mat vəziyyətdə qoydu. Onlar dəstək bəyanatlarına baxmayaraq separatçılar təslim aktını qəbul etdi. Antiterror tədbiri beynəlxalq güclərin də regionda maraqlarının təmin olunması, Cənubi Qafqazda sülh, əməkdaşlıq, təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdi. Sözsüz ki, Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır. Və diqqətə almaq lazımdır ki, hazırda Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları üçün tarixi bir andır. Ümid edirəm ki, bunu artıq etməni xalqı da başa düşür və bu dəfə sülh müqaviləsi bağlanacaq, bununla da bağlanmış sülh müqaviləsi ilə Cənubi Qafqaza uzun müddətdən sonra sabitlik yaranacaq.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi