AnalitikaGündəmSiyasət

XII Qlobal Bakı Formu dünya üçün yeni perspektivlər açan bir tribuna oldu

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib. Azərbaycanın enerji siyasəti uzun müddət ərzində əsasən neft və qaz sənayesinə dayanırdı. 20-ci əsrin sonlarından etibarən, ölkə, Xəzər dənizinin zəngin enerji ehtiyatlarını istifadə edərək, regional və beynəlxalq enerji bazarlarına mühüm ixracatçı olaraq çıxmışdır. Lakin, 21-ci əsrdə, xüsusən iqlim dəyişikliyi və davamlı inkişaf məsələlərinin dünya səviyyəsində aktuallaşması ilə, Azərbaycan enerji siyasətində ciddi dəyişikliklər etməyə başlamışdır.

Ölkəmizin başçısı COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirərək neft və qaz sərvətlərinə sahib olmağımızın bizim günahımız olmadığını qeyd edərək bildirib ki, buna görə tənqid edilməli deyil, yaşıl enerjiyə keçid sahəsində həyata keçirdiyimiz layihələr dəstəklənməlidir.

XII Qlobal Bakı Formu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna oldu. Qeyd etmək lazımdır ki,cənab prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib.Formun Bakıda keçirilməsi də Azərbaycan Beynəlxalq  arenada mövqeyini bir daha təsdiqləyir.

Səbinə Hüseynova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button