DünyaAnalitikaGündəm

Tokayev: Dövlət idarəetmə sistemini şəxsi maraqlar naminə dəyişmək məsuliyyətsizlik olardı

Qazaxıstan Prezident idarəetmə formasına malik dövlətdir.

İcxeberinfo.az  xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində bəzi ekspertlərin qarşıdan gələn parlament islahatının yalnız bir məqsəd – parlament sədrinin postunu dövlət idarəetmə sistemində əsas mövqeyə çevirmək və bu vəzifəni özü üçün hazırlamaq niyyəti daşıdığı barədə sualı cavablandırarkən bildirib.

“Səkkiz il əvvəl, Akordaya gəlməzdən öncə “Güclü Prezident – Təsirli Parlament – Hesabatlı Hökumət” konsepsiyasını irəli sürmüşəm. Dövlət idarəetmə sisteminin bütövlükdə şəxsi maraqlar naminə dəyişdirilməsi son dərəcə məsuliyyətsiz və mən deyərdim ki, qeyri-etik addım olardı. Ölkə üçün mühüm əhəmiyyət daşıyan bütün islahatların müzakirəsi ümumxalq referendumuna çıxarılır. Burada heç bir gizli məna yoxdur. Mövqeyim hər kəsə bəllidir – siyasi islahatlar davam etdiriləcək. Uzunmüddətli planların bir hissəsi isə ənənəvi olaraq yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”, – deyə Qazaxıstan Prezidenti bildirib.

Oxşar Xəbərlər

Back to top button