AnalitikaGündəm

Şuşa Qlobal Media Forumu planetar yalan şəbəkəsinin ifşası və həqiqətlərin çatdırılması baxımdan mühüm platforma kimi tarixə düşdü

“Məlum olduğu kimi, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Əlbəttə ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb. Forum çərçivəsində mühüm qlobal mövzularda keçirilmiş panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertlərinin ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bu mənada Şuşa Qlobal Media Forumu planetar yalan şəbəkəsinin ifşası və həqiqətlərin çatdırılması baxımdan mühüm platforma kimi tarixi düşüb”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Forumda iştirak edən Prezident İlham Əliyev dünyanın müxtəlif qurumlarını təmsil edən nümayəndələrinin suallarını cavablandırıb: “Prezident İlham Əliyev Azərbaycanın ABŞ, Rusiya, Avropa İttifaqı, Afrika ölkələri, Türk dünyası ilə münasibətlərinə, eləcə də hazırda davam edən münaqişə və müharibə proseslərinə dair fikirlərini açıq, səmimi şəkildə diqqətə çatdırıb. Forum iştirakçılarının suallarının fəlsəfəsindən də aydın görünürdü ki, bu gün hər kəs Azərbaycana qarşı qlobal dezinformasiya şəbəkəsinin fəaliyyət göstərdiyini təsdiqləyir və şəbəkənin əsasən Qərb ölkələrindən idarə olunması da gizli qalan məsələ deyil. Xüsusilə də, süni intellektin imkanlarından istifadə edilməklə yüksək nüfuzlu siyasi və dövlət xadimləri adından feyk məlumatların yayılması və bu prosesin son zamanlar daha geniş vüsət alması da narahatlıq doğuran məsələ kimi müzakirə olunub. Bir sözlə, 2-ci Şuşa Qlobal Media Forumu bir daha dünya ictimaiyyətinin diqqətini qlobal dezinformasiya məsələlərinə yönəltdi və şübhə yoxdur ki, bu tarixi tədbirim mühüm nəticələri də olacaq”.

Ramil Vəlibəyov əlavə edib ki, Şuşa Qlobal Media Forumu həm də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə aydın təsəvvürün formalaşdırılması baxımdan da əhəmiyyətli olub.

Oxşar Xəbərlər

Back to top button