Analitika

Şanlı tariximiz

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də “İstiqlal Bəyannaməsi”nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.Cümhuriyyətin yaranması millətimizin özünütəsdiq aktı idi.Bugünkü dünyada hələ də öz dövlətini qura bilməyən xalqlar var. Bu səbəbdən də milli dövlətin qurulması sosial-siyasi və mədəni hadisə kimi xalqın həyatının ən mühüm hadisəsi hesab olunmalıdır.Ümummilli Lider Heydər Əliyev həmin dövr haqqında bəyanatında bildirir: “AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Hazırda qeyd etdiyimiz 28 – May Müstəqillik  Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub.

Azərbaycan müstəqilliyinin əldə edilməsindən 106 il ötür. Bu gün dünya müstəqil, güclü Azərbaycan dövləti ilə hesablaşır. Bu gün Heydər Əliyev siyasi kursu, əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirdi, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirildi və tarixi zəfər qazanıldı. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır. Neçə ki, Azərbaycan var, üç rəngli şanlı bayrağımız səmalarda dalğalanır, şəhidlərimizdə hər zaman var olacaqdır və daima xatırlanacaqdır.

Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız qarşıda dayanan vəzifələri bundan sonra da layiqincə, şərəflə  yerinə yetirəcək.

YAP Şuşa rayon təşkilatının gənc fəalı,
Röyalə Məmmədova

Oxşar Xəbərlər

Back to top button