
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib. Azərbaycanın enerji siyasəti uzun müddət ərzində əsasən neft və qaz sənayesinə dayanırdı. 20-ci əsrin sonlarından etibarən, ölkə, Xəzər dənizinin zəngin enerji ehtiyatlarını istifadə edərək, regional və beynəlxalq enerji bazarlarına mühüm ixracatçı olaraq çıxmışdır. Lakin, 21-ci əsrdə, xüsusən iqlim dəyişikliyi və davamlı inkişaf məsələlərinin dünya səviyyəsində aktuallaşması ilə, Azərbaycan enerji siyasətində ciddi dəyişikliklər etməyə başlamışdır.
Qlobal Bakı Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli bir platformadır. O, beynəlxalq dialoq və əməkdaşlığın güclənməsinə, qlobal problemlərin həllində səmərəli yanaşmaların inkişafına şərait yaradır. COP29 kimi mühüm tədbirin Bakıda keçirilməsi forumun təsir gücünü daha da artıracaq və Azərbaycanın beynəlxalq arenadakı rolunu möhkəmləndirəcək. Bu baxımdan, Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır və dünya üçün strateji bir platformaya çevrilir.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal siyasi və iqtisadi sistemdə oynadığı rolu bir daha təsdiqlədi. Azərbaycan enerji təhlükəsizliyində strateji rol oynamaqla yanaşı, yaşıl iqtisadiyyata keçid, beynəlxalq humanitar dəstək və regional sülh siyasəti ilə dünyada nüfuzunu artırmağa davam edir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi