
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.
İçxəbərinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.
“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək.