DünyaGündəm

Putinlə Makron 3 ildən sonra telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı baş tutub.

Icxeberinfo.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətə də toxunulub.

Putin bildirib ki, Ukrayna münaqişəsi birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsidir. Münaqişənin sülh yolu ilə nizamlanma perspektivləri də müzakirə edilib.

Putin və Makron İran və İsrail arasında münaqişə və ABŞ-nin İran hədəflərinə zərbələri kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

BFMTV-nin məlumatına görə, Yelisey sarayının telefon danışığına dair yaydığı məlumatda isə bildirilir ki, liderlər iki saatdan çox danışıblar. O da qeyd olunub ki, Makron Fransanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb, atəşin dayandırılmasına və danışıqların başlanmasına çağırıb.

Qeyd edək ki, Fransa və Rusiya prezidentləri arasında sonuncu telefon danışığı 2022-ci ilin sentyabrında baş tutub.

Oxşar Xəbərlər

Back to top button