AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilib. Bu mükafat Dövlət Başçımızın Cənubi Qafqazda sülhün bərqərar olmasında apardığı mütərəqqi və geniş fəaliyyətinə görə verilən yüksək mükafatdır.

Qeyd edək ki,“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Azərbaycan liderinə bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Nüfuzlu beynəlxalq mükafat cənab Prezidentin həyata keçirdiyi siyasətə, gördüyü işlərə və atdığı addımlara növbəti bir töhfədir.

Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Artıq Azərbaycan dünyada sülhə töhfə verən bir dövlət kimi tanınır. Bu gün İlham Əliyevin sülh təşəbbüsləri, bununla bağlı geniş fəaliyyəti bütün dünya tərəfindən qəbul edilir və yüksək səviyyədə qiymətləndirilir.

Eyni zamanda bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür. Ölkəmiz artıq yalnız enerji resursları ilə deyil, həm də regionda təhlükəsizliyin əsas dayağı kimi qlobal miqyasda nüfuz qazanıb.

Ölkəmiz öncə işğala son qoyulmasının hüquqi-siyasi əsaslarını formalaşdırdı, sonra hərbi gücün legitim tətbiqinə nail oldu, daha sonra isə qalib mövqedən sülh təklifi ilə çıxış etdi. Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu bu model artıq beynəlxalq praktikada nümunəvi təcrübə kimi qəbul edilir.

Dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir.

Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin təltif edilməsi təkcə fərdi liderliyin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul və təqdir edildiyinin göstəricisidir. Qazanılan hər bir uğur Azərbaycanın suveren gücünün və sülhsevər siyasətinin sarsılmazlığını bir daha təsdiq edir.

Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibəsində “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəf” olduğunu söyləyib və qeyd edib ki, “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.”

Həsənova Səbirə,
Nizami rayonu 10 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button