AnalitikaGündəmSosial

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biridir. Hər il fevral ayının 2-də qeyd olunan Azərbaycan Gəncləri Günü ölkə gəncliyinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılmasına xidmət edən ardıcıl və məqsədyönlü dövlət siyasətinin təntənəsidir. Bu əlamətdar gün gənclərə göstərilən diqqət və qayğının, onlara olan yüksək etimadın bariz ifadəsidir. Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialın yaradılmasına, onların dünyagörüşü və intelektual səviyyələırinin artırılmasına və vətənpərvərlik ruhunun artırılmasına xidmət edib. Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə hər zaman önəm verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir.

Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.Ulu Öndərin gənclərə etimadı bu gün bəhrələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini bu sahəyə olan diqqəti və qayğısı ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan da bunun ifadəsidir. 2003-cü ildən sonrakı dövrdə cənab Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti müasir çağırışlara uyğun şəkildə davam etdirərək gənclərin hərtərəfli inkişafını təmin edən kompleks proqramlar həyata keçirir. Gənclərin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ ideyaların dəstəklənməsi, startap ekosisteminin formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Cənab Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam, 2007-ci ilin “Gənclər İli” elan edilməsi,  2011-ci ildə Gənclər Fondu yaradılması və  2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu.

Gənclər siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI, 2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclər Formu, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. Həmçinin “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlətimizdə gənclərə göstərilən qayğının barız nümunəsidir.

 Ramin Əliyev ,
Yeni Azərbayncan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button