GündəmElm və Təhsil

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq.

“İcxeberinfo.az” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə deyib.

Onun sözlərinə görə, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib:

“Sertifikatlaşdırmadan keçmiş 17 min 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 min 84 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 min yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib”.

N.İsmayılbəyli bildirib ki, sertifikatlaşdırma prosesinin növbəti, yəni müsahibə mərhələsi avqustun sonlarından başlayacaq:

“İlk növbədə, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button