
Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən Nəsimi rayon təşkilatı ilə birgə “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.
İcxeberinfo.az xəbər verir ki,tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova, Vətən müharibəsi iştirakçısı, qazi Rüfət Salmanov çıxış ediblər.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.



























