AnalitikaGündəmSiyasət

Lokal antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin müasir tarixində dönüş nöqtəsi oldu

“2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin müasir tarixində dönüş nöqtəsi oldu. Cəmi 23 saat davam edən əməliyyat təkcə hərbi deyil, həm də siyasi nəticələri ilə Azərbaycanın suverenliyinin tam bərpa olunmasını təmin etdi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 19–20 sentyabr əməliyyatı Azərbaycanın güclü liderlik iradəsinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev həm beynəlxalq aləmdə, həm də daxili siyasi meydanda qətiyyətli mövqeyi ilə bu Zəfəri təmin etdi. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli Dövlət Bayrağımızı ucaltması yalnız simvolik akt deyil, həm də tarixi ədalətin bərpasının rəmzi oldu.

Onun sözlərinə görə, antiterror əməliyyatı göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün lazım gələrsə, hərbi-siyasi gücündən istifadədə tərəddüd etmir. Bu əməliyyat regionda yeni reallıqlar formalaşdırdı: separatizmə son qoyuldu, Azərbaycanın konstitusiya quruluşu tam bərpa olundu, sülh müqaviləsi imzalanması üçün real zəmin yarandı.

Oxşar Xəbərlər

Back to top button