AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın: Ekoloji Təmizlik və Yaşıl Enerji İnqilabı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan yaşıl enerji strategiyasının öncülü olan Laçın rayonu ekoloji təmiz inkişafın unikal modelini təqdim edir. İşğal illərində təbii resursları amansızcasına talan edilən bölgə, azadlığa qovuşduqdan sonra ekoloji baxımdan tamamilə bərpa edilmişdir. Həkəri və Zabux çayları üzərində inşa olunan kiçik su elektrik stansiyaları rayonun enerji tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyir.

Rayonda fəaliyyət göstərən su elektrik stansiyaları, o cümlədən Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik və Ağbulaq SES-lər ölkənin SCADA sisteminə inteqrasiya olunmuşdur. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində açılan yeni stansiyalarla birlikdə Laçının enerji təminatı tam təmin edilmiş, artıq qalan enerji isə ölkənin mərkəzləşmiş enerji sisteminə ötürülməyə başlanmışdır.

Ekoloji tarazlığın qorunması ilə yanaşı, rayonda təbii ehtiyatların səmərəli idarə olunması istiqamətində də nəhəng layihələr həyata keçirilir. 2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı gələcəkdə Laçınla yanaşı qonşu rayonların da əhalisini keyfiyyətli içməli su ilə təmin edəcəkdir. Eyni zamanda, prefabrik modul evlərin istehsalı müəssisəsində ekoloji cəhətdən təmiz və zəlzələyə davamlı tikinti materialları hazırlanır.

Kəndlərin bərpası zamanı da yaşıl enerji prinsiplərinə üstünlük verilir. Zabux, Sus və Bəylik kəndlərində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında günəş panellərindən fəal şəkildə istifadə olunur. Bu yanaşma ətraf mühitə mənfi təsirləri minimuma endirməklə yanaşı, enerji səmərəliliyini artırır.

Laçının yaşıl enerji və ekoloji dayanıqlılıq siyasəti Azərbaycanın qlobal iqlim hədəflərinə verdiyi mühüm töhfədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bu islahatlar Laçını gələcəyin ən təmiz və modern rayonuna çevirmişdir.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button