AnalitikaGündəmSiyasət

Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir

2 iyul 2025-ci il tarixində, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycanın rəsmi “Sea Breeze” istirahət mərkəzində qəbul edildiyi mətbuat konfransında, Prezident İlham Əliyev önəmli bəyanatlarla çıxış etdi. Bu, iki ölkə arasındakı dostluq, müttəfiqlik və strateji əlaqələrin növbəti mərhələsini simvolizə edən mühüm bir an idi  Prezident Əliyev qeyd etdi ki, Azərbaycan və Özbəkistan artıq iki ildir ki, “rəsmi müttəfiqlərdir” və bu status onların münasibətlərinin beynəlxalq sahədə qarşılıqlı dəstək, yüksək səviyyəli iqtisadi əlaqələr və konkret layihələrlə nümayiş etdirildiyini vurğuladı. O, daşıdığı strateji əhəmiyyəti ilə, ötən il Daşkənddə imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin bilateral əlaqələr üçün yeni mərhələ olduğunu xüsusi vurğuladı.
Prezident Əliyev görüş zamanı Özbəkistan futbol komandasının dünya çempionatına çıxmasını tarixə düşən uğur adlandırdı. Bu, yönətim siyasətinin uğurlarının nəticəsi kimi qəbul olunmalı və gənclərə verilən əhəmiyyətin göstəricisi kimi dəyərləndirilməlidir. Belə idman nailiyyətləri xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verir.
O, həmçinin qeyd etdi ki, bu gün keçirilən müzakirələrdə siyasi iradənin, qarşılıqlı etimadın əhəmiyyətli rolu var. Azərbaycanın və Özbəkistanın siyasi qətiyyəti qarşıya qoyulan yol xəritəsinin icrasını sürətləndirəcək və “nəticə əldə ediləcək” – bu məhfum iki ölkə liderinin ortaq səyləri ilə reallaşdırılacaqdır . Əliyev vurğuladı ki, möhkəm siyasi iradə və qarşılıqlı məsuliyyət yeni platformalar və istiqamətlər yaratmağa imkan verəcək.
Prezident həmçinin diplomatik münasibətlərin gücləndirilməsinin vacibliyini qeyd edərək Özbəkistan səfirliyinin yeni binasının açılışı və Bakıda “Özbəkistan” parkının təməli mərasimlərinin əhəmiyyətinə toxundu. Bu təşəbbüslər iki ölkə arasında əlaqələrin yalnız siyasi və strateji deyil, həm də mədəni-tarixi və insan amili baxımından inkişaf etdiyini sübut edir.
2 iyul görüşü göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız qonşu və strateji tərəfdaş deyil, həm də qardaş ölkələrdir. Bu səfər qarşılıqlı etimadın, siyasi iradənin və konkret nümunələrlə dolu əməkdaşlıq səviyyəsinin göstəricisi oldu. İlham Əliyevin bəyanatı gələcək əməkdaşlıq üçün yol xəritəsinin daha aydın olacağını, davamlı sülh, rifah və inteqrasiya yönümlü münasibətlər üçün yeni səhifə açıldığını göstərdi.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button