AnalitikaGündəmSiyasət

Enerji Sahəsində Yeni Əməkdaşlıq Üfüqləri

Enerji sektoru Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyev 8-ci Məşvərət görüşündəki çıxışında enerji təhlükəsizliyi məsələlərinə geniş toxunmuşdur.

Zəngin neft-qaz ehtiyatlarına malik olan həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri beynəlxalq enerji bazarlarında vacib aktorlardır. Prezident İlham Əliyev Azərbaycanın infrastrukturu vasitəsilə Mərkəzi Asiya karbohidrogenlərinin dünya bazarlarına tranzitinin artırılması imkanlarını diqqətə çatdırmışdır.

Dövlət başçısı yalnız ənənəvi enerji resursları ilə kifayətlənməyib, “yaşıl enerji” keçidi sahəsində də birgə layihələrin icrasının vacibliyini vurğulamışdır. Xəzər dənizinin dibi ilə yaşıl enerjinin ötürülməsi layihələri bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.

Bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi hər iki regionun ekoloji və iqtisadi maraqlarına tam cavab verir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin enerji sektoru üzrə irəli sürdüyü təşəbbüslər Azərbaycan-Mərkəzi Asiya enerji tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button