AnalitikaDünyaGündəmSiyasət

Əlverişli İnvestisiya Mühiti və Qardaş Ölkələr Arasında Səmimi Əlaqələr

İnvestisiyalar adətən dost və qardaş ölkələrə, eləcə də əlverişli investisiya mühitinin mövcud olduğu məkanlara yatırılır. Özbəkistanda yaradılmış müasir və cəlbedici investisiya mühiti beynəlxalq maliyyə qurumlarının və qlobal aktorların diqqətini cəlb edir. Bu uğurlu mühitin formalaşmasında Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlar və şəxsi əzmkarlığı müstəsna rol oynamışdır.

Özbəkistanın inkişafının bu uğurlu mərhələsində qardaş ölkə kimi Azərbaycan səmimi-qəlbdən sevinir və əməkdaşlığın dərinləşməsində maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Birgə səylərlə qarşıya qoyulan bütün planların reallaşacağına qəti əminlik ifadə olunur.

Səfərin sonunda Prezident İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevi özü üçün əlverişli vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmişdir. Bu cür ali səviyyəli qarşılıqlı dəvətlər və səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyədə saxlanılmasına xidmət edir. Liderlərin səmimi dostluq münasibətləri bütün sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verir.

İki qardaş ölkənin gələcək nəsillərə miras qoyacağı bu güclü tərəfdaşlıq həm regional, həm də qlobal səviyyədə sülhün və tərəqqinin təmin olunmasına mühüm töhfədir. Özbəkistanın qazandığı uğurlar Azərbaycanın uğurları olduğu kimi, Azərbaycanın nailiyyətləri də Özbəkistanda böyük rəğbətlə qarşılanır. Bu sıx həmrəylik əbədi və sarsılmazdır.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button