AnalitikaGündəmSosial
Trend

Eldar Əzizov Keşləyə getdi

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb.

İcxeberinfo.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.

Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.

Oxşar Xəbərlər

Back to top button