Dost və qardaş ölkə

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.Xüsusən Tacikstanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri tacik xalqı ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi və iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması əlaqələri daha da genişləndirdi. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənədin imzalannası ölkəmizin Tacikstanla iqtisadi potensialının daha da artırılmasına, ölkələrimiz arasında münasibətlərimizin xeyli möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.Görüş zamanı İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Tacikistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı