“Böyük Qayıdış” Dövlət Proqramı və Qubadlı rayonunda həyata keçirilən yaşayış layihələri

Azərbaycan Respublikasında qəbul edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı” işğaldan azad olunmuş digər ərazilərlə yanaşı, Qubadlı rayonunun da yenidən məskunlaşdırılmasını nəzərdə tutur. Dövlət tərəfindən bu istiqamətdə təsdiqlənmiş xüsusi planlar əsasında rayonda müasir yaşayış məntəqələrinin, o cümlədən kənd və qəsəbələrin inşası davam etdirilir. Bu layihələr məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün hüquqi və maddi zəmin yaradır.
Rayonda həyata keçirilən tikinti işlərində “ağıllı şəhər” və “ağıllı kənd” konseptlərinə üstünlük verilir ki, bu da sakinlərin müasir standartlara uyğun yaşayış şəraiti ilə təmin olunmasını kafilləşdirir. Dövlət qurumları tərəfindən ərazinin mühəndis-kommunikasiya təminatı yüksək səviyyədə həyata keçirilir. Bu yanaşma Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Məcburi köçkünlərin sosial müdafiəsi və onların doğma yurdlarına köçürülməsi prosesi Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa nəzarətdə saxlanılır. Qubadlı sakinləri üçün inşa edilən evlər ən müasir tələblərə cavab verir və bütün zəruri sosial infrastruktura malikdir. Dövlət orqanları bu prosesin mərhələli və mütəşəkkil şəkildə həyata keçirilməsini təmin edirlər.
“Böyük Qayıdış” proqramının uğurlu icrası nəticəsində Qubadlıda demoqrafik vəziyyət tamamilə bərpa olunacaqdır. Dövlət tərəfindən yaradılan bu şərait vətəndaşların rifah halının yüksəldilməsinə və tarixi ədalətin tam bərqərar olmasına xidmət edir. Qubadlı rayonunun sakinləri dövlətin göstərdiyi bu diqqət və qayğını hər zaman yüksək qiymətləndirirlər.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini



