
Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən İcxeberinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.



