AnalitikaGündəm

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür

“Sirr deyil ki, bu gün Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Xüsusilə də, regionda yaranan yeni vəziyyət Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Çünki hazırki situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Buna görə də, Avropa İttifaqına enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb: “Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Bu gün artıq Azərbaycan həm Avropanın enerji təminatı mənbəyidir, həm də enerji koridoru, qovşağıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır: “Onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvləridir. Digər ölkələr isə Gürcüstan, Serbiya və Türkiyədir. Eyni zamanda, Azərbaycan yaxın zamanlarda Sloveniya bazarına da daxil olacaq. Həmçinin, Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacaq. Bu səbəbdən Slovakiya ilə də danışıqlar prosesi sürətləndirilməlidir”.

“Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılması nəzərdə tutulur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, əgər 2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, cari il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Beləliklə də, 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq: “Şübhə yoxdur ki, təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planları uğurlu olacaq”.

Oxşar Xəbərlər

Back to top button