AnalitikaGündəmSiyasət

Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya etdiyi rəsmi səfər zamanı verdiyi bəyanat, Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri çərçivəsində Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə keçirilən görüş və mətbuata verilən bəyanatlar, iki ölkə arasında strateji tərəfdaşlığın qurulması və dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri idi. Prezident Peter Pelleqrini bu səfəri “tarixi hadisə” adlandıraraq, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğuladı.

Hər iki lider bəyanatlarında Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətində olduqlarını bildirdilər. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu qeyd edərək, Slovakiya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğuladı. Bu, Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanlarını da əhatə edir.

Prezident İlham Əliyev Slovakiya ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılacağını bildirdi. Hər iki prezident mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər. Prezident Əliyev Slovakiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri, Azərbaycanın Mərkəzi Avropa ilə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Slovakiya Prezidenti Peter Pelleqrini də bəyanatında Azərbaycanın yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş olduğunu qeyd etdi. Bu səfər, Azərbaycanın Avropa İttifaqı ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını genişləndirmək istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya etdiyi səfər və verdiyi bəyanat, Azərbaycan-Slovakiya münasibətlərində yeni bir səhifə açdı. Bu səfər, yalnız ikitərəfli əlaqələrin deyil, həm də Azərbaycanın Avropa ilə strateji əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm addım oldu. Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığına gəldikdə Azərbaycan üçün Avropa İttifaqı (Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib.

Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycan və Slovakiya dost ölkələrdir. Tərəflər əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlıdırlar və bunu atdıqları addımları ilə təsdiqləyirlər. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası , məsləhətçi

Oxşar Xəbərlər

Back to top button