
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə son dövrlərdə Azərbaycan-Özbəkistan əlaqələrinin strateji yüksəlişini və Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələnin başladığını aydın şəkildə ortaya qoyur.Əvvəlcə dövlət başçısı Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündən danışıb. O bildirib ki, bu, onun həmin formatda sayca üçüncü iştirakı olacaq — əvvəlki görüşlər Düşənbə (2023) və Astana (2024) şəhərlərində keçirilib, növbəti iclas Daşkənddə planlaşdırılır. Əliyev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində siyasi dialoq intensivdir və qarşılıqlı səfərlər yüksək tempdə davam edir.Prezidentin fikrincə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri yalnız coğrafi yaxınlığa deyil, həm də tarixi-mədəni bağlara, ortaq dəyərlərə malikdir. Xüsusilə Xəzər dənizinin rolu diqqət çəkilib — o, fiziki maneə kimi görünsə də, əslində regional xalqları birləşdirən strateji körpüdür.Ölkələrarası əlaqələrin ən yüksək səviyyəyə — müttəfiqliyə — çatdığını vurğulayan Əliyev, bunun əsasını iki ölkə liderləri, özəlliklə Şavkat Mirziyoyev ilə şəxsi, etibarlı əlaqələr qoyduğunu bildirib. Dövlət başçısı xoş xatirələrlə Özbəkistan prezidentinin Azərbaycana – Şuşaya, Bakı və başqa şəhərlərə — səfərlərini xatırlayıb və bu səfərlərin qarşılıqlı anlaşmanı dərinləşdirdiyini vurğulayıb. Müsahibədə Qarabağ məsələsi və bərpa işləri də gündəmə gətirilib. Əliyev Özbəkistanın Füzuli rayonunda Mirzə Ulugbek adına məktəbin tikintisində iştirak etməsini yüksək qiymətləndirib və bu addımı “qardaşlıq, həmrəylik” simvolu kimi dəyərləndirib.İqtisadiyyat sahəsində isə tərəflər arasında ticarət və investisiya əməkdaşlığının sürətlə genişləndiyi diqqətəlayiqdir. Müsahibəyə görə, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 252 milyon dollar təşkil edib, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm 319 milyon dollara qədər yüksəlib.Bundan əlavə, Azərbaycanda 120-dən çox Özbək investisiyalı kommersiya təşkilatı fəaliyyət göstərir. Bu da ölkələrarası etimadın, uzunmüddətli investisiya perspektivlərinin güclü olduğunu göstərir.Nəqliyyat və logistika mövzusunda da qarşılıqlı maraq böyükdür: Əliyev Orta Dəhlizin əhəmiyyətindən danışaraq, Azərbaycanın tranzit ölkə kimi rolunun artdığını qeyd edib. Xüsusilə Alat Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və hava marşrutlarının inkişafı bu strategiyanın tərkib hissəsidir.Enerji sektorunda isə Azərbaycan və Özbəkistan yaşıl enerji, neft və neft-kimya sahələrində əməkdaşlığı genişləndirirlər. Prezident “SOCAR” və Özbək tərəf arasında qurulan birgə müəssisələrdən danışıb və enerji sistemlərinin inteqrasiyasının region üçün əhəmiyyətini vurğulayıb.Mədəni-insani sahədə də əməkdaşlıq vacib rol oynayır: iki ölkə arasında regional forumlar, mədəniyyət günləri keçirilir, şəhərlər arasında qardaşlıq əlaqələri qurulur. Əliyev bildirib ki, bu əlaqələr xalqlarımız arasındakı dərin tarixi və mənəvi bağları gücləndirir. Nəhayət, idman əməkdaşlığı da diqqətdəndən kənarda qalmayıb: Əliyev deyib ki, Azərbaycan və Özbəkistan birgə 2027-ci ildə U-20 futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcəklər. Bu, həm idman sahəsində həmrəylik, həmrəng beynəlxalq uğur nümunəsidir.Ümumiyyətlə, İlham Əliyevin UzA-ya verdiyi müsahibə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini, regional inteqrasiyanın sürətlə inkişaf etdiyini və Mərkəzi Asiyada Azərbaycan rolunun daha aktiv və mərkəzi olduğunu göstərir. Bu, gələcək üçün geniş perspektivlər açan, qarşılıqlı faydaya əsaslanan bir əməkdaşlıq əsasıdır.
Murad Zeynalov
Yeni Azərbaycan Partiyası, məsləhətçi



