MaraqlıSosial

8 Mart – Beynəlxalq Qadınlar Günü

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rolu, onların hüquq və azadlıqlarının qorunmasını və qadın əməyinin dəyərləndirilməsini ifadə edən əlamətdar günlərdən biridir. Bu gün qadınlara hörmət və ehtiramın, sevgi və minnətdarlığın ifadə olunduğu xüsusi bayram kimi qeyd edilir.

Beynəlxalq Qadınlar Gününün yaranma tarixi XX əsrin əvvəllərinə təsadüf edir. Qadınların sosial, siyasi və iqtisadi hüquqları uğrunda apardıqları mübarizənin nəticəsi olaraq 8 mart tarixi beynəlxalq səviyyədə qadınların həmrəylik günü kimi qəbul olunmuşdur. 1910-cu ildə Kopenhagendə keçirilən qadın konfransında bu günün qeyd edilməsi təklif edilmiş və sonradan dünyanın bir çox ölkəsində rəsmi şəkildə qeyd olunmağa başlanmışdır.

Azərbaycanda da 8 Mart uzun illərdir böyük hörmət və ehtiramla qeyd olunur. Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində – elm, təhsil, səhiyyə, mədəniyyət, siyasət və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə etmişlər. Onlar ölkənin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəslin yetişdirilməsinə böyük töhfələr vermişlər.Müstəqil Azərbaycan dövlətində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qadınların ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün geniş imkanlar yaradılmışdır. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elmi müəssisələrdə və müxtəlif beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərirlər.

Azərbaycan qadını hər zaman ailənin dayağı, cəmiyyətin mənəvi gücü və milli dəyərlərin qoruyucusu kimi xüsusi hörmətə layiq görülmüşdür. Ana adı isə xalqımız üçün ən müqəddəs anlayışlardan biridir. Analər öz fədakarlıqları, qayğıları və sevgiləri ilə gələcək nəsillərin formalaşmasında əvəzsiz rol oynayırlar.8 Mart həm də qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsinin, onların hüquqlarının qorunmasının və gender bərabərliyinin təşviq olunmasının vacibliyini bir daha xatırladır. Bu gün qadınlara göstərilən diqqət və ehtiram onların əməyinə verilən yüksək dəyərin göstəricisidir.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və həyatlarının bütün sahələrində yeni-yeni uğurlar arzulayırıq. Qadınlar cəmiyyətimizin gözəlliyi, ailələrimizin nuru və gələcəyimizin təminatıdır.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button