AnalitikaGündəmSiyasət

Konstitusiya və dövlət-vətəndaş münasibətləri

Dövlət və vətəndaş arasında münasibətlərin hüquqi əsaslarla qurulması müasir dövlətçiliyin əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası bu münasibətlərin prinsiplərini müəyyən etməklə dövlətin vətəndaş qarşısında öhdəliklərini, vətəndaşın isə dövlət qarşısında hüquq və vəzifələrini təsbit edir.

Konstitusiyada insan və vətəndaş hüquqlarına geniş yer ayrılması dövlətin fəaliyyətində insan amilinin prioritet olduğunu göstərir. Vətəndaşların hüquqlarının qorunması, sosial təminat imkanlarının yaradılması və dövlət xidmətlərinə çıxışın təmin edilməsi dövlət-vətəndaş münasibətlərinin mühüm istiqamətləridir.

Müstəqillik illərində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılmışdır. Bu tədbirlər dövlət idarəçiliyinin vətəndaşlara daha yaxın və əlçatan olmasına xidmət edir.

Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı məsuliyyət mühüm əhəmiyyət daşıyır. Dövlət vətəndaşların hüquqlarını qorumalı, vətəndaşlar isə qanunlara əməl etməli və ictimai maraqlara hörmətlə yanaşmalıdırlar. Bu münasibətlərdə etimadın formalaşması cəmiyyətin sabitliyini gücləndirir.

Konstitusiya dövlətlə vətəndaş arasında hüquqi müqavilə mahiyyəti daşıyan fundamental sənəddir. Onun prinsiplərinin həyata keçirilməsi hər iki tərəfin məsuliyyətindən asılıdır. Hüquqa əsaslanan dövlət-vətəndaş münasibətləri Azərbaycanın davamlı inkişafının mühüm şərtidir.

Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button