AnalitikaGündəmSiyasət

12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbuledilməsindən 31 il ötür.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyiilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbuledildi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyəmindi.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanınilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncüKonstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixiSSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasınauyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu ÖndərHeydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyatakeçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yolunaçıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiyaqəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasınındemokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasınıtəmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü– ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısıxalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təminolunmalıdır”.

1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi iləKonstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanınhazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrındaümumxalq müzakirəsinə verildi. Müstəqil AzərbaycanRespublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbuledilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqiqüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühümhadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyükxidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlətquruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminatyaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarındaköklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyintəkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməlvə mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızınmüəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməlformada hazırlanmasını zəruri sayaraq bildirirdi:

“Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bumüstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyubsaxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əksetdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütünnailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərinkonstitusiya təcrübəsindən istifadə etməli və AzərbaycanRespublikasının özünəməxsus tarixi, milli ənənələrini əksetdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqliolaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaşhüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədikimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərinimüəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarınınmüdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyətiorqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığınınqorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri AzərbaycanKonstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insanhüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizindemokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdədemokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinəhüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublikaparlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratikseçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçiliktarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il Noyabrın 12-si KonstitusiyaGünü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkənhüquqi dövlət quruculuğunun müasir meyillərinə istinadolunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdətutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolumüəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın21-də “Konstitusiya Məhkəməsi haqqında” AzərbaycanRespublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddihakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər ƏliyevKonstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərininhüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyayauyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident vəparlament seçkilərinin nəticələrini təsdiqləməklə, həttavətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbuletməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.

Ötən 28 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrüntələblərinin yaratdığı zərurətlə əlaqədar AzərbaycanKonstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər vəəlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu iləKonstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasınındaha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarınadaha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərinitəsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələrvə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövləthakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının vəbələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq vəazadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq vəazadlıqların müdafiəsində dövlət və bələdiyyələrinməsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilənəlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizinhaqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıistiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründəKonstitusiya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsiüzrə Dünya Konfransına, Avropa Konstitusiya MəhkəmələrininKonfransına, habelə Asiya Konstitusiya Məhkəmələri vəEkvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsindədünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığıbəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbitəxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakışəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbuletdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanınayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir.

Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdənbiri də keçən il iyulun 14-də baş verdi. Həmin gün KonstitusiyaMəhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarətnümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrəqərarları Şuşa şəhərində elan edib.

Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbəqazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbitəxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatınmüddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonundatörədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsiməqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 24 saatdan az bir müddətdə başa çatan vəAzərbaycan Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqlahəyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan stratejihədəflərə uğurla nail olundu – düşmənin hərbi təyinatlı vasitələrizərərsizləşdirildi. Sentyabrın 19-20-də Azərbaycan dövləti dahabir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlətsuverenliyi tam bərpa edildi. Lokal xarakterli antiterror tədbirlərinəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin ƏsasQanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütüntorpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmişhüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.

Bu il oktyabrın 15-də dövlətimizin başçısı İlham ƏliyevinAzərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündəxalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəranqəsəbəsində, Xocavənd şəhərində Azərbaycanın DövlətBayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham ƏliyevXankəndidəki çıxışında qeyd edib: “Düz 20 il bundan əvvəlAzərbaycan xalqı mənə böyük etimad göstərərək prezidentseçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğmaxalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqınınvə Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyayavə “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütünvəzifələr icra edildi”.

Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılıolmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinətəminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlaramünasibətdə hər zaman bərabər yanaşma tətbiq edir.

Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun28-ci ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənmüharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterliantiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsindəAzərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasıKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkanyaradıb.

                 Ötən  illər ərzində ölkəmizin sürətli inkişafınəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədarAzərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətlidəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklikolunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadibazasının daha da güclənməsindən, vətəndaşların hüquq vəazadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlətprinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncüdəfə əlavələr və dəyişikliklər edilib.

Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklikmüxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinintəkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının dahasəmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsindədövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə MüzəffərOrdumuz tərəfindən əzəli Azərbaycan torpağı olan DağlıqQarabağ 44 Günlük Vətən müharibəsində erməni işğalçılarındanazad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızınkonstitusion hüququ bərpa edildi.

Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıqikinci ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər birvətəndaşı tərəfindən  daha sevinclə,  qürurla və iftixar hissi iləqeyd olunur.

Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button