
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “İlham Müzəffəroğlu küçəsi, 2” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov qurultayda müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında partiya üzvlərinin fəallığının, gənclərin maarifləndirilməsinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
12 nömrəli məktəbin direktoru Kamran İsalı çıxışında təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrə toxunaraq, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə müstəqil düşüncə bacarıqlarının inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini qeyd edib. O, gənclərin dövlətçilik prinsiplərinə sadiq, savadlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsində müəllimlərin rolunu xüsusi vurğulayıb.
Ərazi partiya təşkilatının sədri Aynur Rəhimova çıxışında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsində partiya təşkilatlarının fəaliyyətindən danışıb, ideoloji maarifləndirmənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini diqqətə çatdırıb.
Digər iştirakçılar da çıxışlarında gənclərin maarifləndirilməsi, ideoloji təhlükəsizliyin qorunması və təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə qurultaydan irəli gələn vəzifələrin icrası, təhsilin inkişafı və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.








