
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam etdirilməkdədir.
Belə ki, rayon təşkilatının 6-cı mikrorayon Ə.Əlixanov küçəsi 209,
8-ci mikrorayon N.Nərimanov küçəsi 73, Dərnəgül qəsəbəsi Atatürk prospekti 37, 7-ci mikrorayon S.S.Axundov küçəsi 3123-cü məhəllə, Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 3 , Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 9, Xocasən qəsəbəsi H. Sultanov küçəsi 10, Azadlıq prospekti 183, Biləcəri qəsəbəsi A. Zeynallı küçəsi 75 və S. Məmmədova küçəsi 205 ünvanlı ərazi partiya təşkilatlarında keçirilib.
Tədbirlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri cənab Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələləri diqqətə çatdıraraq, cəmiyyəti xarici dini, siyasi və ya ideoloji manipulyasiyalardan qorumaq üçün Yeni Azərbaycan Partiyasının yerli strukturlarında ideoloji fəaliyyətin müasir çağırışlara uyğun yeniləndiyini, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dəyişməz olaraq davam etdirildiyini, illər keçdikcə strateji və taktiki hədəflər dövrün tələbinə uyğunlaşsa da, təməl xətt – müstəqillik, dövlətçilik, iqtisadi suverenlik və güclü hərbi potensial prinsiplərinin sarsılmaz qaldığını vurğulamışlar.
Həmçinin Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq partiyanın üzərinə düşən ideoloji vəzifələrdən, cəmiyyətin dünyəvi xarakterinin qorunmasının, gənclərin yüksək elmi biliklərə yiyələnməsinin və milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsinin dövlətin gələcək təhlükəsizliyinin əsas qarantı olduğundan bəhs olunmuş, bu istiqamətdə fikir mübadilələri aparılmışdır.




