
Bilirik ki, indi dünyada baş verənləri izləyəndə ölkələrinbir-biri ilə dostluq etməsi, iqtisadiyyatını birlikdə inkişafetdirməsi və sülhü qoruması nə qədər vacibdir. Bubaxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakıbağlar mənim üçün həmişə maraqlı olub. Çünki aramızdatəkcə rəsmi münasibətlər yokdur; bizi ortaq tarix, eynimədəniyyət və bir-birimizə olan hörmət birə-birbağlayır.2026-cı il oktyabrın 8-də TürkmənistanınTürkmənbaşı şəhərində çox önəmli bir tədbir oldu — Azərbaycan Respublikası və Mərkəzi Asiya DövlətBaşçılarının 8-ci Məşvərət görüşü. Prezident İlham Əliyevorada çıxış edərək ölkəmizin bu regionla bağlı planlarını vəmövqeyini aydın şəkildə ortaya qoydu. Çıxışda əsasəniqtisadiyyat, nəqliyyat yolları, enerji, investisiyalar vəhumanitar sahədə əlaqələrin genişləndirilməsi vurğulandı.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri
Azərbaycanın Mərkəzi Asiya Dövlət BaşçılarınınMəşvərət görüşü formatına tamhüquqlu üzv kimiqoşulması, məncə, münasibətlərdə tamamilə yeni bir səhifəaçdı. Bu addım ölkəmizin regionla daha sıx və genişimkanlar çərçivəsində işləməsinə şərait yaradır.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın buformata qoşulmasına dəstək olan bütün dövlət başçılarınatəşəkkür etdi. Bu qərar həqiqətən də regionda ortaqlayihələr reallaşdırmaq üçün böyük şansdır.
Burada coğrafiyamızın da rolunu unutmaq olmaz. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birbaşa əlaqədəolmağımız Azərbaycanı Şərqlə Qərb arasında əsl nəqliyyatvə iqtisadiyyat körpüsünə çevirir.
Azərbaycan-Türkmənistan münasibətləri
Türkmənistanla dostluğumuz da çox köklüdür. Hər ikiölkənin Xəzərə çıxışının olması nəqliyyat, ticarət və enerjisahələrində birgə addımlar atmağa böyük imkan verir.Sonzamanlar iki ölkə arasında qarşılıqlı səfərlərin və görüşlərinartması bu münasibətlərin nə qədər canlı olduğunugösterir. Ölkə başçımız çıxışında Türkmənistanla əlaqələrinvacibliyini qeyd etdi və göstərilən samimi qonaqpərvərliyəgörə minnətdarlığını bildirdi.İnsani və mədəni bağlar da çoxtəsirlidir. Məsələn, Türkmənistanın Füzulidə məscid tikməsitəşəbbüsü xalqlarımızın bir-birinə mənəvi baxımdan neçəyaxın olduğunu göstərir. Ümumiyyətlə, Mərkəzi Asiyaölkələrinin işğaldan azad olunmuş torpaqlarımızda məktəb, yaradıcılıq mərkəzi kimi layihələrə dəstək verməsi həqiqidostluq nümunəsidir.
İqtisadi əməkdaşlıq və investisiyalar
Məşvərət görüşündə ən çox diqqət çəkən mövzulardanbiri də iqtisadiyyat idi. Azərbaycanla Mərkəzi Asiyaarasında ticarəti artırmaq, qarşılıqlı sərmayə qoymaq vəbirgə müəssisələr açmaq üçün böyük potensial var.Çıxışdasəslənən rəqəmlər də bunu sübut edir: 2025-ci ildəAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi50 faizdən çox artıb. Azərbaycanda bu ölkələrin kapitalı iləfəaliyyət göstərən şirkətlərin olması da işlərin yaxşıgetdiyini göstərir.Amma məsələ təkcə məhsul alıb-satmaqla bitməməlidir. Birgə zavodlar, fabriklər açmaq, sənayeyə pul yatırmaq və müasir texnologiyaları gətirməklazımdır. Bir gənc kimi düşünürəm ki, bu cür addımlar ilknövbədə yeni iş yerləri deməkdir və biz gənclərinməşğulluğu üçün böyük fürsətlər yaradır.
Orta Dəhliz və nəqliyyat imkanları
Nəqliyyat sahəsi Azərbaycanın bu regionlaəməkdaşlığında B bəndidir desək, yanılmarıq. Coğrafimövqeyimiz Asiya ilə Avropa arasında yüklərin rahatdaşınmasına imkan verir.Bu yerdə Orta Dəhliz layihəsi önplana çıxır. Çindən və Mərkəzi Asiyadan başlayan, Xəzərdənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsiləAvropaya çatan bu marşrut beynəlxalq ticarət üçün çoxəlverişlidir.Azərbaycanın limanlara, dəmir yollarına vəmagistral yollara qoyduğu sərmayə tranzit imkanlarımızıartırır. Orta Dəhliz daha da inkişaf etdikcə yüklər dahasürətlə daşınacaq, ticarət genişlənəcək və ölkəmizindünyadakı nəqliyyat rolu daha da güclənəcək. Bunun üçündə sərhədlərdə keçidləri asanlaşdırmaq və limanlarıngücünü artırmaq vacibdir.
Rəqəmsal əməkdaşlıq və müasir texnologiyalar
İndiki dövrdə texnologiyasız heç nə olmur. Bubaxımdan “Rəqəmsal İpək Yolu” layihəsi AzərbaycanlaMərkəzi Asiya arasında internet və informasiya bağlarınıbərkitmək üçün çox önəmlidir.Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi internetin daha sürətliolmasına və rəqəmsal sistemlərin inkişafına gətiribçıxaracaq. Bu da gələcəkdə e-ticarət, onlayn xidmətlər vəIT sahəsində birgə işlər görmək üçün yeni qapılar açır. Rəqəmsal imkanların artması həm dövlət, həm də gəncsahibkarlar üçün böyük fürsətdir.
Enerji sahəsində əməkdaşlıq
Enerji mövzusu hər zaman gündəmdədir. MərkəziAsiyanın zəngin resursları və Azərbaycanın tranzitinfrastrukturu bir-birini tamamlayır.Məsələn, Türkmənistanvə Qazaxıstan neftinin Azərbaycan üzərindən dünyabazarlarına nəql edilməsi hər iki tərəf üçün faydalıdır. Bu, onların xaricə çıxışını asanlaşdırır, bizim isə tranzitrolumuzu artırır.Bununla yanaşı, indi ən çox danışılan “yaşılenerji” sahəsi də var. Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılmasıgələcəkdə bərpaolunan enerjidən daha çox istifadə etməyəşərait yaradacaq. Bu layihələr həm iqtisadiyyat, həm dətəbiəti qorumaq baxımından çox dəyərlidir.
Regional təhlükəsizlik və sabitlik
İqtisadiyyatın və layihələrin uğurlu olması üçün ilknövbədə sakitlik və sülh lazımdır. Prezident İlham Əliyev dəöz çıxışında bu məsələyə xüsusi toxundu.Ölkələr arasındainam olduqda böyük investisiya və nəqliyyat layihələrinihəyata keçirmək daha asan olur. Problemləri söhbət vədialoq yolu ilə həll etmək regionun inkişafına birbaşa təsiredir. Bu əməkdaşlıq təkcə pul qazanmaq üçün deyil, həmdə regionumuzda sabitliyi qorumaq üçün lazımdır.
Mədəni və humanitar əlaqələr
Bizi birləşdirən ən böyük güc eyni kökdəngəlməyimizdir. Xalqlarımız arasındakı bu doğmalıqölkələrin də yaxınlaşmasına kömək edir.FüzulidəTürkmənistanın tikdiyi məscid, Özbəkistanın hədiyyə etdiyiMirzə Uluqbəy adına məktəb, Qazaxıstanın inşa etdiyiKurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi vəQırğızıstanın Manas adına məktəbi bu dostluğun ən gözəlsübutlarıdır.
Bu cür layihələr gənclərin bir-birinin mədəniyyətinitanımasına, təhsil mübadiləsi aparmasına şərait yaradır. Bizim bir-birimizi daha yaxından tanımağımız gələcəkdə buəlaqələrin daha da sağlam olmasına kömək edəcək.
Görüşün əhəmiyyəti və gələcəkperspektivlərTürkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycan və Mərkəzi Asiya üçünhəqiqətən mühüm bir platforma oldu. Görüşdə imzalanansənədlər və aparılan müzakirələr gələcəyə atılan sağlamaddımlardır.Gələcəkdə ticarəti daha da artırmaq, ortaqbizneslər qurmaq, yeni nəqliyyat yolları açmaq və rəqəmsalsahədə irəliləmək ana hədəflər olacaq. Əlbəttə, bununüçün bütün tərəflərin fəal olması və bir-birinin maraqlarınahörmətlə yanaşması vacibdir.
Məncə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənbaşı sammitindəki çıxışı Azərbaycanın MərkəziAsiyaya nə qədər böyük dəyər verdiyini bir daha göstərdi. İqtisadiyyatdan tutmuş rəqəmsal inkişafa və mədəniyyətəqədər hər sahəyə toxunuldu.Bu görüşün əsas qayəsi odurki, biz ortaq tariximizə güvənərək gələcək iqtisadi və stratejimaraqlarımızı birgə qururuq.Ümumiyyətlə, Türkmənbaşıgörüşünü regional dostluğun böyük bir uğuru kimi görməkolar. İndi əsas məsələ danışılan təşəbbüsləri reallaşdırmaqvə bu fürsətlərdən düzgün istifadə etməkdir. Bu əməkdaşlıqhəm bizim, həm də Mərkəzi Asiyadakı qardaşlarımızıngələcəyinə çox müsbət təsir edəcək.
Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı



