AnalitikaGündəmSiyasət

Aviasiya Əlaqələri Və Turizmin İnkişafı

Xalqların yaxınlaşması və iqtisadi təmasların artırılmasında birbaşa hava əlaqələrinin mövcudluğu böyük rol oynayır. Prezident İlham Əliyev 8-ci Məşvərət görüşündə turizm və aviasiya imkanlarına toxunmuşdur.

Dövlət başçısı Bakı ilə Mərkəzi Asiya ölkələrinin paytaxtları və iri şəhərləri arasında birbaşa uçuşların sayının kəskin artdığını məmnunluqla qeyd etmişdir.

Viza rejimində tətbiq olunan sadələşdirmələr iş adamlarının və turistlərin qarşılıqlı səfərlərini asanlaşdırır.

Birgə turizm marşrutlarının və “İpək Yolu” turizm paketlərinin hazırlanması beynəlxalq turistlərin regiona cəlb olunmasına xidmət edir.

Beləliklə, aviasiya və turizm əlaqələrinin genişlənməsi region ölkələrinin qeyri-neft iqtisadiyyatını gücləndirir.

Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button