AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: dövlətçilik, milli birlik və tarixi məsuliyyət

YAP VIII Qurultayı Azərbaycanın dövlətçilik tarixində müxtəlif mərhələlərin bir-biri ilə əlaqəsini göstərən mühüm siyasi hadisədir. Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar uzunmüddətli siyasi iradənin, milli həmrəyliyin və dövlətçilik məsuliyyətinin nəticəsidir. Bu gün ölkənin qarşısında duran vəzifələr əvvəlki dövrlərdən fərqli olsa da, dövlətçiliyin qorunması və milli maraqların müdafiəsi prinsipi dəyişməz olaraq qalır.

Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev dövlətin parçalanma təhlükəsindən qorunması, siyasi sabitliyin yaradılması və milli iqtisadiyyatın möhkəmləndirilməsi üçün strateji qərarlar qəbul etdi. Onun siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi ilə nəticələnən uzunmüddətli dövlətçilik xəttinin əsasını qoydu.

Prezident İlham Əliyev həmin siyasi xətti yeni tarixi şəraitdə davam etdirərək Azərbaycanın qarşısında duran əsas strateji məqsədlərin reallaşdırılmasına nail oldu. Qarabağ Zəfəri, ərazi bütövlüyünün və suverenliyin bərpası dövlətçilik tariximizin ən mühüm nəticələrindəndir. Bu nailiyyətlər siyasi liderlik, milli birlik, güclü ordu və iqtisadi imkanların vahid strateji məqsəd ətrafında birləşdirilməsinin nəticəsidir.

YAP-ın tarixi məsuliyyəti də məhz bu dövlətçilik xəttinin siyasi və ictimai dayaqlarını qorumaqdan ibarətdir. Partiyanın fəaliyyəti yalnız keçmiş nailiyyətlərin təbliği ilə məhdudlaşmamalı, yeni nəsillərin dövlətçilik məsuliyyətinin formalaşdırılmasına yönəlməlidir. Milli birlik, siyasi mədəniyyət, vətəndaş məsuliyyəti və dövlətə bağlılıq bu prosesin əsas dəyərləridir.

YAP VIII Qurultayı tarixi məsuliyyət anlayışını gələcəyə yönəldən mühüm siyasi mərhələdir. Azərbaycan böyük tarixi məqsədlərdən birinə nail olub və indi həmin nailiyyətləri daha yüksək inkişaf səviyyəsinə çevirmək vəzifəsi qarşıdadır. Dövlətçilik ənənələrinə sadiqliklə müasir dünyaya uyğunlaşmanın vəhdəti Azərbaycanın gələcək uğurlarının əsas şərtlərindən olacaq.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button