AnalitikaGündəmSiyasət

YAP-ın VIII Qurultayı – yeni mərhələnin prioritetləri Dövlətçilik və davamlı inkişaf yolunda yeni hədəflər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanınictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimidiqqət çəkir. Qurultayda Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxış edərək ölkənin son illərdə əldə etdiyinailiyyətlər, qarşıda duran vəzifələr və gələcək inkişafistiqamətləri barədə mühüm fikirlər səsləndirib.

 

Dövlət başçısı çıxışında Azərbaycanın keçdiyi mürəkkəbtarixi yola nəzər salıb. Bildirib ki, Yeni AzərbaycanPartiyasının yaradıldığı dövrdə ölkə ciddi siyasi, iqtisadi vəhərbi böhranla üz-üzə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyindəsabitliyin və ardıcıl inkişafın əsası qoyuldu.

 

Ulu Öndərin müəyyən etdiyi siyasi kurs sonrakı illərdəPrezident İlham Əliyev tərəfindən davam etdirilib. Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın iqtisadivə hərbi gücünün artırılması, beynəlxalq mövqelərininmöhkəmləndirilməsi və nəhayət, ərazi bütövlüyününbərpası olub.

 

Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci il Vətənmüharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildəhəyata keçirilən antiterror tədbirləri nəticəsindəAzərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təminedilib. Bununla ölkənin qarşısında yeni siyasi və stratejimərhələ açılıb.

 

Bu uğurların əldə olunmasında Azərbaycan Ordusunungücü, xalqın həmrəyliyi və şəhidlərimizin qəhrəmanlığımühüm rol oynayıb. Dövlət başçısı şəhidlərin müqəddəsxatirəsini ehtiramla yad edərək onların fədakarlığının heçvaxt unudulmayacağını vurğulayıb.

 

Çıxışda Azərbaycanın müdafiə qabiliyyətinin bundansonra da gücləndirilməsinin vacibliyi qeyd olunub. Müasirdünyada baş verən geosiyasi proseslər göstərir ki, güclüordu və yüksək müdafiə imkanları dövlətin müstəqilliyininəsas təminatlarından biridir.

 

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinə dətoxunaraq ölkənin milli maraqlara əsaslanan müstəqilsiyasət həyata keçirdiyini bildirib. Azərbaycan müxtəlifdövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq quraraqbeynəlxalq mövqeyini daha da möhkəmləndirib.

 

Azərbaycanın Mərkəzi Asiya, İslam dünyası, Çin, ABŞ vədigər tərəfdaşlarla əlaqələrinin genişlənməsi ölkənindiplomatik imkanlarının artdığını göstərir. Beynəlxalqtəşkilatlarda fəal iştirak da Azərbaycanın qlobalməsələlərdə rolunu gücləndirən amillərdəndir.

 

Qurultayda iqtisadi inkişaf məsələləri də xüsusi yer tutub. Prezident ölkənin maliyyə imkanlarının genişləndiyini, valyuta ehtiyatlarının artdığını və investisiya mühitinininkişaf etdiyini bildirib. Son illərdə keçirilən investisiyaforumlarının yeni tərəfdaşlıqların yaranmasına imkanverdiyi qeyd olunub.

 

Enerji sektoru Azərbaycanın iqtisadi və stratejiüstünlüklərindən biri olaraq qalır. Neft və qazla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, neft-kimya və digəristiqamətlərin inkişaf etdirilməsi iqtisadiyyatınşaxələndirilməsinə xidmət edir.

 

Nəqliyyat və logistika sahəsində də qarşıya mühümhədəflər qoyulub. Orta Dəhliz və Şimal-Cənub marşrutlarıAzərbaycanın regional tranzit imkanlarını genişləndirir. Tranzit yükdaşımalarının artırılması ölkəyə əlavə gəlirlərvə yeni iqtisadi imkanlar qazandıra bilər.

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası isə dövlətsiyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidənqurulur, müasir infrastruktur yaradılır və keçmiş məcburiköçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

 

Bu proses yalnız quruculuq layihələrindən ibarət deyil. Məqsəd həmin ərazilərdə dayanıqlı iqtisadi mühityaratmaq, yeni iş yerləri açmaq və insanların rahatyaşayışı üçün bütün imkanları formalaşdırmaqdır.

 

Prezident İlham Əliyevin çıxışında ideoloji məsələlərə dədiqqət yetirilib. Müasir informasiya mühitində cəmiyyətindüzgün məlumatlandırılması, gənclərin milli dəyərlər vəvətənpərvərlik ruhunda yetişdirilməsi mühüm vəzifələrdənbiri kimi göstərilib.

 

Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyətininmüasir dövrün tələblərinə uyğun qurulması xüsusiəhəmiyyət daşıyır. Partiya üzvlərinin cəmiyyətlə daha fəalişləməsi, real faktlara əsaslanan təbliğat və maarifləndirməaparması qarşıda duran vəzifələr sırasında qeyd olunub.

 

Beləliklə, YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişafmərhələsinin əsas istiqamətlərini müəyyən edən mühümsiyasi platforma kimi qiymətləndirilə bilər. Ölkəninqarşısında artıq ərazi bütövlüyünün bərpası deyil, əldəedilmiş Zəfərin möhkəmləndirilməsi, iqtisadi gücünartırılması, təhlükəsizliyin təmin edilməsi və sosial rifahınyüksəldilməsi kimi yeni vəzifələr dayanır.

 

Prezident İlham Əliyevin qurultaydakı çıxışı göstərir ki, Azərbaycanın gələcək inkişaf strategiyası güclü dövlət, dayanıqlı iqtisadiyyat, müasir ordu, fəal xarici siyasət vəsürətli quruculuq prinsipləri üzərində davam etdiriləcək. YAP isə bu siyasətin həyata keçirilməsində əsas siyasiplatformalardan biri kimi fəaliyyətini davam etdirəcək. 

Göyüş Göyüşov,
YAP Nərimanov rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button