AnalitikaGündəmSiyasət

Gənclərin Vətənpərvərlik Tərbiyəsi və 27 Sentyabr Dərsləri

27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərlik imtahanı idi. Müstəqillik dövründə yetişən gənclər işğal altında olan torpaqları görməsələr də, vatan sevgisi ilə alışıb yanırdılar. Onlar cəbhəyə atılaraq tarixin gedişatını dəyişdilər.

Bu müharibə gələcək nəsillər üçün böyük bir vətənpərvərlik məktəbidir. Məktəblərdə, universitetlərdə 27 sentyabr Anım Günü münasibətilə keçirilən tədbirlər gənclərə hərbi-vətənpərvərlik ruhunu aşılamaq üçün vacibdir. Şəhidlərimizin həyat yolu hər bir gənc üçün nümunə olmalıdır.

Gənclərimiz anlamalıdırlar ki, bu gün sahib olduğumuz azadlıq və ərazi bütövlüyü asan qazanılmayıb. Onun arxasında minlərlə gəncin yarımçıq qalmış arzuları, tökülən qanı durur. Bu məsuliyyəti dərk etmək və vətənə layiqincə xidmət etmək hər bir gəncin borcudur.

Anım Günündə gəncliyimiz şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara layiq olacağına söz verir. Azərbaycan gəncliyi həm elmdə, həm də səngərdə ölkəmizin adını ucaltmaga hazırdır. Bu, şəhidlərimizin əmanətinə sahib çıxmaq deməkdir.

Regina Kovalyova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button